Əsas məzmuna keç

İsrail atəşkəsə rəğmən Livanı yenidən hədələdi

İsrail atəşkəsə rəğmən Livanı yenidən hədələdi

İsrail ordusu atəşkəs rejiminin davam etməsinə baxmayaraq, Livanın cənubundakı bəzi qəsəbələrə hücum edəcəyini açıqlayıb və əhalini ərazini tərk etməyə çağırıb.

en ru

İsrail ordusunun sözçüsü Aviçay Adrae "X" sosial şəbəkəsindəki hesabında Livanın cənubunda yerləşən Kana, Dibal, Kakaiyyət Cisir və Sıreyfa qəsəbələrinin hədəf alınacağını bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, yerli əhalidən yaşadıqları ərazilərdən ən azı 1 kilometr uzaqlaşmağı tələb edib.

Hədəf siyahısına daxil edilən bu qəsəbələr Livanın cənubunda İsrailin işğalı altında olmayan ərazilərdə yerləşir.

Qeyd edək ki, İsrail ordusu bundan əvvəl də, aprelin 30-da Livanın cənubundakı 23 qəsəbə üçün oxşar hücum xəbərdarlığı etmişdi.

Xatırladaq ki, martın 2-də başlayan intensiv hava hücumları nəticəsində Livanın cənubunda bir çox ərazi işğal edilib. hökumətinin məlumatına görə, bu müddət ərzində 1 milyondan çox insan öz evlərini tərk etmək məcburiyyətində qalıb, isə 2600-dən çox şəxsin həlak olduğunu təsdiqləyib. ABŞ Prezidenti Tramp aprelin 24-də Livan və İsrail arasında qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha 3 həftə uzadıldığını elan etmişdi. Buna , həm İsrail ordusu, həm də tərəfindən qarşılıqlı hücumlar davam edir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…