Əsas məzmuna keç

İsrail Livanın cənubuna yeni zərbələr endirdi

İsrail Livanın cənubuna yeni zərbələr endirdi

Yaxın Şərq regionunda gərginlik davam edir: İsrail ordusu Livanın bir sıra yaşayış məntəqələrini hədəfə alıb.

en ru

İsrail ordusu Livanın cənubunda yeni hərbi əməliyyatlar həyata keçirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, mənbələrinin yaydığı məlumata görə, hücumlar zamanı Kfar-Şuba, Məcdəl-Zun və əl-Həniyə yaşayış məntəqələrinin ətraf əraziləri atəşə tutulub.

Məlumata görə, bundan əvvəl İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Tebnin qəsəbəsində bir binaya zərbə endirib. Hadisə nəticəsində bir nəfər ölüb, daha 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bildirilib ki, iyunun 26-da Vaşinqtonda əldə olunan, atəşkəsin elan edilməsini və İsrail qüvvələrinin ərazisindən çıxarılmasını nəzərdə tutan çərçivə sazişinə baxmayaraq, bölgədə gərginlik davam edir. Livanın cənubundakı yaşayış məntəqələri mütəmadi olaraq artilleriya və aviasiya hücumlarına məruz qalır, mülki infrastruktur və yaşayış evlərinə ziyan dəyir.

Rəsmi Təl-Əviv isə əməliyyatların məqsədinin ölkənin şimal sərhədlərini "" hərəkatından gələn təhdidlərdən qorumaq olduğunu bəyan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…