Əsas məzmuna keç

Qəzzada xəstəxana generatorlarının 70 faizindən çoxu işləmir

Qəzzada xəstəxana generatorlarının 70 faizindən çoxu işləmir

Qəzzə Səhiyyə Nazirliyi xəstəxanalarda yanacaq, dərman və tibbi avadanlıq çatışmazlığının kritik həddə çatdığını açıqlayıb.

ru en

Qəzza Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzinin direktoru Zahir əl-Vahidi Qəzza şəhərindəki Əş-Şifa Xəstəxanasının qarşısında keçirdiyi konfransında anklavın səhiyyə infrastrukturunda böhranın həddə çatdığını bəyan edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin mətbuat rəsmi məlumat yayıb.

Məlumata görə, Zahir əl-Vahidi İsrail tərəfindən tətbiq olunan ağır blokadanın tibb müəssisələrini tamamilə resurslarsız qoyduğunu və təcrid olunmuş obyektlərə çevirdiyini bildirib. Səhiyyə sektorunun məqsədyönlü şəkildə hədəf alınmasını “soyqırım” səviyyəsində planlaşdırılmış cinayət kimi qiymətləndirən Vahidi, yardım materiallarının əraziyə girişinin asanlaşdırılması ilə bağlı iddiaları təkzib edib. O, daxil olan humanitar yükün həcminin tibb müəssisələrinin hətta minimum fəaliyyət ehtiyaclarını qarşılamaqdan uzaq olduğunu diqqətə çatdırıb.

Rəsmi şəxs xüsusilə elektrik generatorlarının sıradan çıxmasının yaratdığı təhlükəyə diqqət çəkib. Yanacaq, yağ və ehtiyat hissələrinin kəskin çatışmazlığı səbəbindən xəstəxanalardakı əsas generatorların 70 faizindən çoxunun tamamilə dayandığı, bunun da reanimasiya və həyati əhəmiyyətli bölmələrin fəaliyyətini hər an dayandırmaq riski yaratdığı vurğulanıb. Eyni zamanda təkər və ehtiyat hissələrinin çatışmazlığı üzündən ictimai nəqliyyatın feləc olması yüzlərlə tibb işçisinin xəstəxanalara çatmasına mane olur.

Səhiyyə Nazirliyinin nümayəndəsi ictimaiyyəti, BMT Şurasını, Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) və humanitar təşkilatları Qəzzaya təcili dərman, tibbi sərf materialları və generatorlar üçün yanacaq çatdırılmasını təmin etmək üçün dərhal addım atmamağa çağırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…