Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qəzzada ölənlərin sayı 73 mini keçdi: İsrailin hücumları davam edir

2 dəq
Paylaş:
Qəzzada ölənlərin sayı 73 mini keçdi: İsrailin hücumları davam edir

Səhiyyə Nazirliyinin açıqladığı son statistikaya görə, İsrailin bölgəyə qarşı 2023-cü il oktyabrın 7-dən bəri davam edən hücumları nəticəsində ölən və yaralananların sayı artmaqda davam edir.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, son 24 saat ərzində Qəzza xəstəxanalarına 9 nəfərin meyiti və 36 yaralı çatdırılıb. Ölənlərdən 6-sı yeni hücumların qurbanı olub, 2 nəfər əvvəl aldığı xəsarətlərdən dünyasını dəyişib, daha 1 nəfərin cəsədi isə altından çıxarılıb.

Nazirliyin məlumatına görə, atəşkəsin 11 oktyabr tarixində qüvvəyə minməsindən sonra İsrailin hücumları nəticəsində 1296-ya, yaralananların sayı isə 4296-ya çatıb. Bu müddətdə dağıntılar altından 814 cəsəd çıxarılıb.

2023-cü il oktyabrın 7-dən etibarən alınan ümumi itkilərin sayı isə 73 431 ölü və 174 437 yaralıya yüksəlib. Nazirlik bildirir ki, hələ də dağıntılar altında və yollarda ölənlər var və xilasetmə qrupları onların hamısına çata bilmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə