Operativ Məlumat Mərkəzi

Slovakiya Ukraynanın NATO üzvlüyünə qarşıdır

1 dəq
Paylaş:
Slovakiya Ukraynanın NATO üzvlüyünə qarşıdır
Slovakiyanın baş naziri Robert Fiko Rusiya prezidenti Vladimir Putinlə Pekində keçirilən görüşdə bildirib. "Mən əvvəldən dediklərimi bir daha...

Ukrayna NATO üzvü ola bilməz, lakin Slovakiya Aİ-yə daxil olmaq üçün onunla işləməyə hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fiko Rusiya prezidenti Vladimir Putinlə Pekində keçirilən görüşdə bildirib.

"Mən əvvəldən dediklərimi bir daha vurğulayıram: Ukrayna NATO-ya üzv ola bilməz. Bu, mənim son qərarımdır. Aİ-yə üzvlük məsələsinə gəlincə, biz bu məsələdə Ukrayna ilə əməkdaşlığa hazırıq", - baş nazir vurğulayıb.

Fiko Ukraynanın Aİ üzvlüyünün “vacib qərar” olduğunu qeyd edərək, əlavə edib ki, ölkə “Aİ-yə daxil olmaq üçün bütün tələbləri yerinə yetirməlidir”. Baş nazir cümə günü Zelenski ilə görüşündə mövzunu müzakirə edəcəyini deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər