Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna münaqişəsi çərçivəsində Moskvanı hədəf alan hüquqi və siyasi ittihamları kəskin şəkildə tənqid edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici mətbuat diplomatın səfirliklərarası dəyirmi masadakı çıxışına istinadən məlumat yayıb.
Məlumata görə, Lavrov Qərbin və Kiyevin Rusiyaya qarşı həyata keçirdiyi “hüquqi müharibə” taktikasına toxunaraq, irəli sürülən iddiaları xoruz banlaması ilə müqayisə edib: “Bu, anqlosaksların uydurduğu hüquqi müharibənin xüsusiyyətidir. Onların fikrincə, əsas effekt ittihamların imkan daxilində uca səslə bəyan edilməsidir. Əvvəlcə banlamaq lazımdır, səhərin açılıb-açılmayacağı isə onları artıq çox narahat etmir”. Nazir bu cür proseslərin 2014-cü ildən sistemli şəkildə aparıldığını, lakin Ukraynanın beynəlxalq məhkəmə müstəvisindəki araşdırmalarda uğursuzluğa düçar olduğunu bəyan edib.
Bildirilib ki, Rusiya tərəfi diplomatik həll variantlarına açıq olduğunu vurğulayır. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov sentyabrın 4-də verdiyi açıqlamada Vladimir Putinin münaqişənin nizamlanmasına dair mövqeyinin dəyişməz qaldığını və Rusiyanın hələ də danışıqlar masasına əyləşməyə hazır olduğunu xatırladıb.