Əsas məzmuna keç

SEPAH nümayəndəsi ABŞ-yə xəbərdarlıq edib

SEPAH nümayəndəsi ABŞ-yə xəbərdarlıq edib

İran İnqilab Keşikçiləri Korpusunun nümayəndəsi ABŞ-ın mümkün addımlarına qarşı sərt cavab veriləcəyini bildirib. İran rəsmiləri Vaşinqtona etimad etmədiklərini də vurğulayıblar.

en ru

İran Silahlı Qüvvələri Vaşinqtonun regiondakı hərbi-siyasi həmlələrinə qarşı barışmaz mövqe nümayiş etdirərək, tərəfindən atılacaq hər hansı yanlış addıma dərhal və adekvat cavab veriləcəyi barədə növbəti dəfə xəbərdarlıq edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran dövlət televiziyası hərbi rəsmilərin bəyanatlarına istinadən məlumat yayıb.

Məlumata görə, İran İnqilabı Keşikçiləri Korpusunun () nümayəndəsi generall Kərəmi Fars körfəzində yerləşən strateji İran adalarına səfəri zamanı regiondakı təhlükəsizlik vəziyyətini qiymətləndirib. O, Vaşinqtonla davam edən hərbi gərginliyə toxunaraq bildirib ki, İran Silahlı Qüvvələri düşmənin sahədəki hər cür yanlış hesablamasına və ya təxribatına qarşı ən güclü şəkildə cavab verməyə tam hazır vəziyyətdədir.

Paralel olaraq, İran Milli Təhlükəsizlik Ali Şurasının Möhsün Rzai də Tehranın Vaşinqtona olan etimadsızlığını vurğulayıb. Rzai rəsmi Tehranın ABŞ-yə heç bir şəkildə inanmadığını və münasibətlərin normallaşması üçün ilk növbədə qarşı tərəfin praktiki adekvat addımlar atmasının vacibliyini diqqətə çatdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…