Əsas məzmuna keç

SEPAH Küveyt və Bəhreyni vurdu

SEPAH Küveyt və Bəhreyni vurdu

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Körfəz ölkələrinə raket hücumu regionda gərginliyi pik həddə çatdırıb. Hərbi eskalasiyanın təfərrüatları nələrdir?

en ru

ABŞ-ın regiondakı bazalarına zərbəsi endirdiyini bildirir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Sirik və Qeşm adasına hücumdan sonra ordusunun regiondakı bazalarının SEPAH Hərbi Hava Qüvvələrinin raketləri ilə hədəfə alındığını açıqlayıb.

SEPAH bəyanatda bu gün səhər saatlarında iki ABŞ tankerinin Hörmüz boğazından qanunsuz şəkildə çıxmağa cəhd etdiyini, xəbərdarlıqdan sonra onlardan birinin hədəfə alınaraq dayandırıldığını, digər qayda pozan gəmilərin isə geri qayıtdığını bildirib.

Bəyanatda qeyd olunub ki, bu hadisədən sonra ABŞ pilotsuz uçuş aparatları Qeşm adasında bir rabitə qülləsini və Sirikdəki bir qülləni iki mərmi ilə vurub.

SEPAH bildirib ki, ABŞ-ın bu təcavüzünə cavab olaraq Küveytdəki ABŞ hərbi hava bazası — Əli əs-Salim bazası və Bəhreyndə ABŞ-ın Beşinci Donanmasına məxsus mühüm obyektlər SEPAH Hərbi Hava Qüvvələrinin ballistik raketlərinin atəşinə məruz qalıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…