Əsas məzmuna keç

İran İsrailə qarşı raket zərbələri endirdi: Hərbi hədəflər vurulub

İran İsrailə qarşı raket zərbələri endirdi: Hərbi hədəflər vurulub

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin atəşkəs rejimini pozmasına cavab olaraq hərbi mövqelərə raket hücumu təşkil edib.

en ru

İranın hərbi mənbələrinə istinadən yayılan son məlumatlara görə, bazar günü axşam saatlarında İsrailin hərbi mövqelərinə qarşı iki dalğadan ibarət zərbələri endirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu addımın rəsmi Tehran tərəfindən İsrailin razılaşmalarını dəfələrlə pozmasına cavab olaraq atıldığı bildirilir.

Yerli media orqanlarının yaydığı xəbərlərdə onlarla raketin İsrailin strateji hərbi nöqtələrinə doğru atıldığı qeyd olunub.

Hücum nəticəsində Hayfa, Qalileya və mərkəzi bölgələrdə hava hücumundan xəbərdarlıq siqnalları işə düşüb.

Mənbələr raketlərin hədəfləri dəqiq şəkildə vurduğunu iddia edirlər.

İran tərəfi bəyan edib ki, İsrailin atəşkəs pozuntuları ABŞ-nin tam məlumatı daxilində baş verib və bu hərəkətlər Pakistanın vasitəçilik səylərini heçə endirib.

Rəsmi Tehran xəbərdarlıq edib ki, Livana qarşı təcavüz davam edəcəyi təqdirdə, İran və "Müqavimət Oxu" daha sərt cavab tədbirləri görəcək.

İran İslam İnqilabı Keşikçiləri Korpusu () yaydığı bəyanatda bu raket hücumunun İsrail rejimi üçün yalnız bir xəbərdarlıq xarakteri daşıdığını vurğulayıb. Hadisə ilə bağlı proses davam edir və məlumatlar yenilənir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…