İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran ərazisi üzərində Amerikaya məxsus "MQ-9 Reaper" pilotsuz təyyarəsinin vurulduğunu və ABŞ-nin bölgədəki obyektlərinə raket zərbələri endirildiyini elan edib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, SEPAH-ın bəyanatını "Tasnim" xəbər agentliyi yayıb.
SEPAH-ın məlumatına görə, Hərbi Dəniz Qüvvələri Buşehr əyalətindəki Cəm dairəsi səmasında "MQ-9 Reaper" pilotsuz təyyarəsini vurub. Həmçinin ABŞ-nin regiondakı hərbi bazalarındakı 21 hədəfə zərbələr endirilib.
Bundan əlavə, SEPAH-ın Aerokosmik Qüvvələri uzun mənzilli bərk yanacaqlı raketlərdən istifadə edərək İordaniyadakı Əl-Əzraq aviabazasındakı F-35 qırıcı təyyarələrinin anqarları da daxil olmaqla dörd hədəfi vurub.
SEPAH İranın hərbi qüvvələrinin hər hansı yeni təcavüzə sarsıdıcı və qətiyyətli cavab verməyə hazır olduğunu vurğulayıb və nəticələrə məsuliyyəti ABŞ-nin üzərinə atıb.