Azərbaycan idmançılarının 2026-cı ilin oktyabr ayı üzrə reytinq cədvəli açıqlanıb. Gənclər və İdman Nazirliyinin məlumatına əsasən, Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanan boksçu Səidcəmşid Cəfərov 350 xalla birinci pilləyə yüksəlib.
Taekvondoçu Qaşim Maqomedov 305 xalla ikinci, cüdo üzrə olimpiya çempionu Hidayət Heydərov isə 270 xalla üçüncü olub. Akademik avarçəkmə üzrə Azərbaycan millisi 255 xalla dördüncü sırada yer alıb.
İlk onluğa, həmçinin ağırlıqqaldıran İsa Rüstəmov (240 xal), güləşçilər İslam Bazarqanov və Həsrət Cəfərov (hərəyə 230 xal), Arseniy Djioyev (220 xal), Giorgi Meşvildişvili (210 xal) və Jalə Əliyeva (200 xal) daxil olublar.
Sentyabr ayının reytinqində Həsrət Cəfərov 480 xalla birinci, Giorgi Meşvildişvili 460 xalla ikinci, Arseniy Djioyev 420 xalla üçüncü olmuşdu. Səidcəmşid Cəfərov həmin siyahıda 400 xalla dördüncü, Qaşim Maqomedov 305 xalla altıncı, Hidayət Heydərov isə 270 xalla doqquzuncu pillədə qərarlaşmışdı. Sentyabrın ilk onluğunda Murad Əhmədiyev (330), Ülvü Qənizadə (300), Nürəddin Novruzov (270) və İslam Bazarqanov (265 xal) da yer almışdı.