Əsas məzmuna keç

Şəhriyar Məmmədyarov “Total Chess” turnirində mübarizəyə başlayır

Şəhriyar Məmmədyarov “Total Chess” turnirində mübarizəyə başlayır
— Foto: idman.biz

Azərbaycan şahmatçısı noyabrın 10-da Budapeştdə start götürəcək turnirdə 24 iştirakçıdan biri olacaq. Yarışın mükafat fondu 650 min dollardır.

en ru

şahmatçısı Şəhriyar Məmmədyarov noyabrın 10-da Macarıstanın paytaxtı Budapeştdə başlayacaq “Total Chess” turnirində iştirak edəcək. Yarışa ümumilikdə 24 şahmatçı qatılacaq.

Turnir doqquz turluq blits mərhələsi ilə açılacaq. Bu formatda iştirakçılara hər partiya üçün üç dəqiqə, hər gedişə isə iki saniyə əlavə vaxt veriləcək.

Qrup mərhələsi və pley-off

Noyabrın 11-dən 15-dək keçiriləcək qrup mərhələsində şahmatçılar altı nəfərlik dörd qrupa bölünəcəklər. Hər iştirakçı qrupdakı rəqiblərinin hər biri ilə iki dəfə qarşılaşacaq. Oyunlar “Fast Classic” formatında keçiriləcək: şahmatçılara 45 dəqiqə veriləcək, hər gedişə 30 saniyə əlavə olunacaq. Qələbə üç, heç-heçə isə bir xalla qiymətləndiriləcək.

Qrup mərhələsindən sonra iştirakçılar nəticələrinə uyğun olaraq pley-offda mübarizəni davam etdirəcəklər. Hər pley-off qarşılaşması dörd blits, iki rapid və bir “Fast Classic” partiyasından ibarət olacaq.

Turnirin mükafat fondu 650 min dollar (1 milyon 105 min manat) təşkil edir. Qalib 80 min, sonuncu yeri tutan şahmatçı isə 10 min dollar qazanacaq.

Məmmədyarovla yanaşı, Maqnus Karlsen, Fabiano Karuana və digər tanınmış şahmatçılar da yarışda iştirak edəcəklər. Turnir noyabrın 20-də başa çatacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…