Əsas məzmuna keç

Azərbaycanın U-17 millisinin seçmə mərhələ üçün heyəti açıqlanıb

Azərbaycanın U-17 millisinin seçmə mərhələ üçün heyəti açıqlanıb
— Foto: Report.az

2026/2027-ci illər mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək komandaya 21 futbolçu daxil edilib. Azərbaycan millisi oyunlarını Almaniyada keçirəcək.

en ru

17 yaşadək futbolçulardan ibarət millisinin 2026/2027-ci illər mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək heyəti müəyyənləşib. AFFA-nın mətbuat xidmətinin məlumatına görə, siyahıda 21 futbolçu yer alıb.

Noyabrın 19-dək Almaniyanın şəhərində olacaq komanda noyabrın 11-də vaxtı ilə saat 14:00-da Almaniya, 14-də saat 19:30-da Şimali İrlandiya, 17-də isə saat 14:00-da Litva yığması ilə qarşılaşacaq. İlk iki oyun “DFB Kampus”da, son görüş “Nidda-Sportfeld”də keçiriləcək.

Heyətə Oqtay Mehrəliyev (klubsuz), Bilal Hacıyev, Vaqif Nəbiyev, Tunar Bayramov, Əhəd Hacızadə, Yusif Orucəliyev, Tunar Əsgərzadə, Yusif Quliyev və Daniil Rəcəbov (“”); Ülvi Abbaslı (“Sumqayıt”); Cihad Sadıqov və Vaqif Məmmədli (“Sabah”); Ruslan Quliyev, Emil Quliyev, Şikar Şikar, Sübhan Əlizadə və Qafar Babayev (“Neftçi”); Turan Ramazanov (“Turan Tovuz”); Nicat Əhmədzadə (“Marcet”, İspaniya); Rəsul Balakişiyev (“İmişli”) və Nazim (“Qrafiçar”, Serbiya) daxil edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…