Azərbaycanın 17 yaşadək qızlardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. B Liqasının B1 qrupunda Kosovo ilə üz-üzə gələn yığmamız 3:8 hesabı ilə məğlub olub.
Bu nəticə ilə Azərbaycan millisi seçmə mərhələdə ikinci qarşılaşmasında da məğlubiyyətlə üzləşib. Yığma ilk oyununda İrlandiya ilə qarşılaşıb və həmin matçda 0:16 hesabı ilə uduzub.
Azərbaycanın U-17 komandası qrup mərhələsində növbəti görüşünü oktyabrın 4-də keçirəcək. Rəqib Albaniya millisi olacaq.