Əsas məzmuna keç

Ruy Jorje Azərbaycanın U-20 millisinin baş məşqçisi təyin edildi

Ruy Jorje Azərbaycanın U-20 millisinin baş məşqçisi təyin edildi

AFFA Ruy Jorjeni U-20 yığmasının sükanı arxasına gətirdi. Portuqaliyalı mütəxəssis 2027 FIFA dünya çempionatı üçün komandada hansı islahatları aparacaq? Oxu:

ru en

AFFA İcraiyyə Komitəsinin fevralın 19-da keçirilmiş iclasında Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinin postuna Ruy Jorjenin namizədliyi müzakirə çıxarılıb və təsdiq edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, hüquqi prosedurların tamamlandığını nəzərə alaraq Ruy müvafiq millinin baş məşqçisi postuna təyin olunub.

Azərbaycanın U-20 millisi 2027-ci ildə və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında ölkəmizi təmsil edəcək.

Yeni təyin olunan baş məşqçinin AFFA rəhbərliyinin iştirakı ilə yaxın günlərdə təşkil olunacaq.

Qeyd edək ki, Ruy Jorje məşqçiliyə futbolçu kimi son klubu olan "Belenenseş"də başlayıb. Portuqaliyalı mütəxəssis 2006-2010-cu illər aralığında adıçəkilən klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009 mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub.

2010-cu ildə Portuqaliyanın U-21 yığmasının " arxasına" gətirilən Jorje 15 il bu komandanı çalışdırıb. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb. Həmin illər ərzində Ruy Jorje Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…