Əsas məzmuna keç

Sədərəkdə minik avtomobili yanıb

Sədərəkdə minik avtomobili yanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Respublikasının Sədərək rayonu, Sədərək kəndi ərazisində avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, məlumatla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Sədərək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində "Volqa” markalı minik avtomobilinin bölməsində baş vermiş yanğın qısa müddətdə söndürülərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin mühərrik bölməsində bəzi detallar və sürücü panelinin bir qismi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…