UEFA Gənclər Liqasında İngiltərənin "Mançester Yunayted" və "Sabah"ın U-19 komandaları arasında keçiriləcək oyunun hakimləri bəlli olub.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, qarşılaşma Belçikadan olan ədalət təmsilçilərinə tapşırılıb.
FIFA referisi Simon Burdohueyə həmyerliləri Maykl Qeerolf və Yonas Van Duk köməklik göstərəcəklər.
Görüşün dördüncü hakimi hələlik açıqlanmayıb.
Xatırladaq ki, UEFA Gənclər Liqasındakı qarşılaşma senyabrın 10-da Mançester şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.