Əsas məzmuna keç

Saatlıda qətl hadisəsi törədilib: Şübhəli şəxs saxlanıldı

Saatlıda qətl hadisəsi törədilib: Şübhəli şəxs saxlanıldı

Fətəlikənd sakini Rizvan Söhbətov Rövşən Abdullayevi qətlə yetirməkdə şübhəli bilinərək tutulub. Rayon prokurorluğu cinayətin baş vermə səbəblərini araşdırır.

en ru

Martın 22-də Saatlı rayonu Fətəlikənd kənd sakini 1976-cı il təvəllüdlü Abdullayevin ölməsi barədə Saatlı rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü Söhbətovun Rövşən Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanıb, R.Söhbətov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…