Əsas məzmuna keç

Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ! Yeni qaydalar təklif edildi

Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ! Yeni qaydalar təklif edildi

Rusiya Maliyyə Nazirliyi transsərhəd elektron ticarət çərçivəsində alınan xarici mallara 22% əlavə dəyər vergisi (ƏDV) tətbiq etməyi təklif edib.Təklifə...

en ru

Rusiyada xarici internet mağazaları və elektron platformalarından alış-veriş edənlər üçün yeni qaydalarının tətbiqi təklif olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Maliyyə Nazirliyi transsərhəd elektron ticarət çərçivəsində alınan xarici mallara 22% əlavə dəyər vergisi () tətbiq etməyi təklif edib.

Təklifə əsasən, vergi birbaşa alıcı tərəfindən deyil, elektron ticarət platformaları tərəfindən vergi agenti qismində ödəniləcək. Nazirlik hesab edir ki, bu dəyişiklik xarici onlayn platformalarla Rusiyanın daxili bazarında fəaliyyət göstərən şirkətlər arasında rəqabət şərtlərinin bərabərləşdirilməsinə kömək edə bilər.

ƏDV birbaşa 22% olacaq

Qeyd olunur ki, əvvəlki variantda xaricdən alınan mallara tətbiq ediləcək ƏDV-nin mərhələli şəkildə artırılması nəzərdə tutulurdu. Yeni təşəbbüsdə isə birbaşa 22%-lik standart ƏDV dərəcəsinin tətbiqi təklif edilir.

Bununla yanaşı, Maliyyə Nazirliyi xaricdən poçt vasitəsilə göndərilən və şəxsi istifadə üçün nəzərdə tutulan, dəyəri 200 avroyadək olan bağlamalara 100 rubl gömrük rüsumu tətbiq etməyi də təklif edib.

Bu ödənişin 2027-ci ildən qüvvəyə minməsi nəzərdə tutulur.

Xarici platformalardan alış-veriş azala bilər

Ekspertlərin qiymətləndirməsinə görə, dəyişikliklərin əsas nəticələrindən biri xarici və yerli satıcılar arasında vergi yükünün yaxınlaşdırılması ola bilər.

Digər tərəfdən, xarici platformalardan sifarişlərə əlavə ödənişlərin tətbiqi bu cür alış-verişə olan tələbatın azalmasına da səbəb ola bilər.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…