Əsas məzmuna keç

Mərmərə dənizində 2 gəmi toqquşdu: itkin düşənlər var

Mərmərə dənizində 2 gəmi toqquşdu: itkin düşənlər var

Mərmərə dənizindəki qəza nəticəsində gəmi heyətindən bəzi şəxslərin aqibəti naməlum qalır. Xilasetmə qrupları dəniz qəzası baş verən ərazidə axtarışa başlayıb.

en ru

Mərmərə dənizində Silivri şəhəri sahillərində altında iki gəmisi toqquşub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə yerli vaxtla təxminən saat 03:00-da Silivridən təxminən 18 mili cənubda baş verib. Kocaelidən Aliağaya istiqamətində Türkiyə bayrağı altında üzən ALSU ticarət gəmisi İskəndərun Limanından Karadeniz Ereğliyə gedən Türkiyə bayrağı altında üzən TUĞBERK İMAMOĞLU ticarət gəmisi ilə toqquşub.

Qəza barədə məlumatdan sonra Sahil Mühafizəsi Xidməti, Mərmərə və Boğazlar Regional Komandanlığından çoxsaylı dəniz qüvvələri bölmələri, eləcə də Sahil Mühafizəsi helikopteri əraziyə göndərilib.

İlkin baxış zamanı ALSU gəmisində ziyanın olmadığı müəyyən edilib. Qeyd olunur ki, TUĞBERK İMAMOĞLU adlı ticarət gəmisinin göyərtəsindəki 10 heyət üzvü ilə əlaqə kəsilib.

Gəminin heyət üzvlərinin xilas olunması üçün bölgədəki dəniz və hava qüvvələri bölmələri tərəfindən axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…