Əsas məzmuna keç

İsrail rəflərində Türkiyə məhsulları: "Paşabahçe"nin malları da satılır

İsrail rəflərində Türkiyə məhsulları: "Paşabahçe"nin malları da satılır

Türkiyənin sosial mediasında Azərbaycanın İsraillə siyasi və iqtisadi əlaqələri ilə bağlı müzakirələr davam etdiyi bir vaxtda İsrail bazarında Türkiyə...

en ru

Türkiyənin sosial mediasında Azərbaycanın İsraillə siyasi və iqtisadi əlaqələri ilə bağlı müzakirələr davam etdiyi bir vaxtda İsrail bazarında istehsalı məhsulların satılması diqqət çəkir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in araşdırmasına görə, İsrail marketlərində Türkiyənin tanınmış brendlərindən biri olan “”nin məhsullarına da rast gəlinir.

Şirkətin məhsullarının üzərində həm ivrit, həm də türk dillərində məlumatların qeyd olunduğu görünür. Bu isə məhsulların İsrail bazarında satış üçün nəzərdə tutulduğunu göstərir.

Paşabahçe Türkiyənin böyük sənaye qruplarından biri olan “Şişecam”a daxildir. “Şişecam” şüşə qablar, şüşə məmulatları və düzşüşə istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər qrupudur.

Türkiyə-İsrail arasında ticarət

Türkiyə ilə İsrail arasında uzun illər ərzində geniş iqtisadi və əlaqələri formalaşıb.

Türkiyə Ticarət Nazirliyinin məlumatına əsasən, iki ölkə arasında xarici ticarət dövriyyəsi 2022-ci ildə təxminən 9,5 milyard dollar, 2023-cü ildə isə 7 milyard dollar təşkil edib.

İsrail bazarında Türkiyə istehsalı məhsulların, o cümlədən “Paşabahçe” məhsullarının satılması iki ölkə arasındakı əvvəlki iqtisadi əlaqələrin müəyyən seqmentlərdə izlərinin qaldığını göstərir.

Bununla yanaşı, konkret məhsulların İsrailə hansı marşrutla və hansı tarixdə gətirildiyi, satışların hazırda hansı hüquqi və kommersiya mexanizmləri ilə həyata keçirildiyi ayrıca araşdırma tələb edir.

Türkiyə və İsrail arasındakı ticarət əlaqələri, eləcə də bu əlaqələrin son illərdə necə dəyişməsi həm Türkiyə, həm də beynəlxalq mediada müzakirə olunan məsələlərdəndir.

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…