Əsas məzmuna keç

Rusiya XİN: Ukrayna və Fransa Afrika ölkələrindəki terror əməliyyatlarında iştirak edir

Rusiya XİN: Ukrayna və Fransa Afrika ölkələrindəki terror əməliyyatlarında iştirak edir

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Kiyev və Parisin Afrika qitəsindəki silahlı qruplaşmalarla əməkdaşlıq etdiyini iddia edib.

en ru

və mütəxəssislərini Afrikadakı qruplaşmaları ilə bağlı fəaliyyətdə ittiham edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ölkələri departamentinin direktoru Anatoli Başkin “TASS” agentliyinə açıqlamasında bildirib.

Məlumata görə, Başkin iddia edib ki, Ukrayna və Fransa mütəxəssisləri Afrika qitəsində fəaliyyət göstərən terrorçu qruplaşmaların əməliyyatlarının planlaşdırılmasında iştirak edirlər. Rusiya rəsmisinin sözlərinə əsasən, söhbət yalnız kəşfiyyat məlumatlarının ötürülməsindən deyil, eyni zamanda döyüş vasitələrinin tətbiqi və əməliyyatların hazırlanması prosesindən gedir.

Qeyd olunub ki, daha əvvəl bəzi mənbələrdə Afrikadakı silahlı qruplaşmaların əlində Ukrayna istehsalı olduğu iddia edilən pilotsuz uçuş aparatlarının aşkarlandığı barədə məlumatlar yayılıb. Rəsmi Kiyev və Paris isə bu ittihamlarla bağlı hələlik açıqlama verməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…