Əsas məzmuna keç

Rusiya Ukraynanın enerji infrastrukturunu vurdu: Sülh danışıqları ərəfəsində gərginlik

Rusiya Ukraynanın enerji infrastrukturunu vurdu: Sülh danışıqları ərəfəsində gərginlik

Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək üçtərəfli görüş ərəfəsində Kiyev və digər şəhərlər kütləvi raket hücumuna məruz qalıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

hərbi qüvvələri çərşənbə axşamı səhər saatlarında Ukraynanın paytaxtı , ölkənin ikinci böyük şəhəri Xarkov və digər yaşayış məntəqələrinə yenidən kütləvi zərbələr endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hücumlar nəticəsində infrastrukturuna ciddi ziyan dəyib, bir neçə ərazidə yanğınlar baş verib və ən azı dörd nəfər yaralanıb.

Paytaxt Kiyevdə havanın temperaturunun mənfi 20 dərəcəyə düşdüyü bir vaxtda həm raketlər, həm də dronlarla həyata keçirilən hücumlar beş rayonda dağıntılara səbəb olub.

Şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, zərbələr nəticəsində üç yaşayış binası və bir uşaq bağçası zərər görüb. Yanvarın 1-dən bəri davam edən intensiv hücumlar səbəbindən yüzlərlə binanın istilik və elektrik təminatında hələ də ciddi problemlər qalmaqdadır.

Xarkov şəhərinin meri İqor Terexov bildirib ki, hücumların əsas hədəfi enerji obyektləridir.

O, şiddətli soyuqlarda istilik sistemlərinin donmaması üçün təcili tədbirlərin görüldüyünü qeyd edib. Məlumata görə, bir istilik elektrik stansiyasından qidalanan 820 yaşayış binasında sistemin sıradan çıxmaması üçün suyun boşaldılmasına ehtiyac yaranıb.

Bu hücumlar fevralın 4-5-də Abu-Dabidə keçirilməsi planlaşdırılan Ukrayna-Rusiya-ABŞ üçtərəfli danışıqları ərəfəsinə təsadüf edir.

Qeyd edək ki, ABŞ Prezidenti Trampın xahişi ilə enerji infrastrukturuna zərbələrin dayandırılması barədə moratorium müzakirə olunurdu. Lakin tərəflər atəşkəsin müddəti ilə bağlı razılığa gələ bilməyiblər.

Volodimir Zelenski son 24 saat ərzində raket zərbələrinin olmadığını desə də, cəbhə xəttinə yaxın ərazilərdə enerji obyektlərinin mütəmadi olaraq artilleriya atəşinə tutulduğunu vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…