Əsas məzmuna keç

Rusiya Suriyadakı hərbi bazasından qoşunlarını çıxarır

Rusiya Suriyadakı hərbi bazasından qoşunlarını çıxarır

Rusiya hərbi qüvvələri Qamışlı aerodromunu tərk edərək ölkənin qərbinə və Rusiyaya istiqamət alıb.

ru en

Suriyanın şimal-şərqindəki Qamışlı aerodromunda yerləşən kontingentini geri çəkməyə başlayıb. Bu addım Dəməşq hökumətinin bölgədəki kürd qüvvələrindən nəzarəti ələ keçirmək cəhdləri fonunda atılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Suriyadakı mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin qeyd etdiyinə görə, cari ay ərzində Suriyanın keçid dövrü üzrə prezidenti əş-Şaranın rəhbərlik etdiyi hökumət qüvvələri kürdlərin nəzarətində olan "Suriya Demokratik Qüvvələri"ndən ölkənin və şərq hissələrini geri alıb.

Bununla da Dəməşq bütün ölkə ərazisində öz hakimiyyətini bərpa etməyə çalışır.

"Reuters" jurnalistləri bazar ertəsi günü Qamışlı hava limanında hələ də Rusiya bayraqlarının dalğalandığını və uçuş zolağında Rusiya markalanması olan iki təyyarənin dayandığını müşahidə ediblər.

Xatırladaq ki, yanvarın 28-də Əhməd əş-Şaranın Moskvaya səfəri və Rusiya lideri Vladimir Putinlə görüşü planlaşdırılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…