Əsas məzmuna keç

Rubiodan Britaniyada baş verən insidentlə bağlı açıqlama

Rubiodan Britaniyada baş verən insidentlə bağlı açıqlama

ABŞ dövlət katibinin Fairford aviabazasındakı şübhəli hadisə ilə bağlı bəyanatı diqqət çəkir. Terror şübhəsi ilə saxlanılan şəxslərin İranla əlaqəsi varmı?

en ru

ABŞ Marko Rubio Britaniyanın "" aviabazası yaxınlığında baş verən insidentlə bağlı açıqlama verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

O bildirib ki, hadisəyə xarici qüvvə açıq şəkildə cəlb olunub.

Rubio məsələnin təfərrüatlarını açıqlamayacağını qeyd edib və hakimiyyətinə əməkdaşlığa hazır olduğuna görə təşəkkür edib.

"Bu, açıq şəkildə xarici qüvvənin iştirak etdiyi bir vəziyyətdir. Hazırda bununla bağlı daha ətraflı məlumat verməyəcəyəm. Britaniya hakimiyyətinə böyük əməkdaşlığa hazır olduqları və vəziyyəti nəzarətdə saxladıqları üçün təşəkkür etmək istəyirəm", - Rubio deyib.

katibi İranın daha əvvəl ABŞ-nin bütün dünyadakı maraqlarına hücumlarla bağlı açıq şəkildə təhdidlər səsləndirdiyini də xatırladıb.

"Biz bunu hər zaman çox ciddi qəbul edəcəyik. Əgər bu nə vaxtsa baş verərsə və ya belə bir cəhd edilərsə, bunun nəticələri olacaq", - Rubio bildirib.

Sentyabrın 27-də ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Britaniyanın Fairford aviabazasının yaxınlığında şübhəli vasitələrinin görüldüyü barədə məlumat yayılıb. Yaxınlıqdakı yaşayış məntəqələrindən birində onlarla ailə təxliyə edilib. Hadisə ilə əlaqədar beş nəfər terror aktına hazırlıq və partlayıcı maddələrlə bağlı cinayətlər törətmək şübhəsi ilə saxlanılıb. Lakin saxlanılan şəxslər daha sonra girov qarşılığında sərbəst buraxılıblar.

Britaniya mediasında insidentin İranla mümkün əlaqəsi barədə də məlumatlar yayılıb. İranın Londondakı səfirliyi isə hadisə ilə bağlı hər hansı əlaqəsinin olduğunu təkzib edib. Səfirlik beş şübhəlinin İranla əlaqələndirilməsini "əsassız və zərərli spekulyasiyalar" adlandıraraq bunu qəti şəkildə rədd edib. Səfirliyin bəyanatında qeyd olunub ki, bu cür iddiaların yayılması Böyük Britaniyada iranofobiyanın artmasına səbəb ola bilər.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…