Əsas məzmuna keç

"Tramp hakimiyyətdə olduğu müddətdə onların heç vaxt nüvə silahı olmayacaq"

"Tramp hakimiyyətdə olduğu müddətdə onların heç vaxt nüvə silahı olmayacaq"

ABŞ dövlət katibi Marko Rubio Tehranın raket potensialı və hərbi gücü ilə bağlı sərt xəbərdarlıq edib. Ağ Evin rəsmi mövqeyi Hörmüz boğazında gərginliyi artırır.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

ABŞ Marko Rubio İranın nüvə silahına sahib olmasının qəbuledilməz olduğunu və ABŞ-nin tələblərinə cavab verən istənilən razılaşmanın Tehranın nüvə silahı əldə etməyəcəyinə zəmanət verməli olduğunu bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"İran nüvə silahına sahib ola bilməz. Bu, sadə və aydındır. Nəyin məqbul, nəyin isə qəbuledilməz olduğu barədə təfərrüata varmayacağam. Lakin bunu deyə bilərəm: onların heç vaxt nüvə silahı olmayacaq və ABŞ-nin tələblərinə cavab verən istənilən razılaşma İranın nüvə silahına sahib olmayacağına zəmanət verməlidir. Bu, bizim mövqeyimizdir", - Rubio bildirib.

katibi əlavə edib ki, İran hərbi imkanlarını inkişaf etdirəcəyi təqdirdə gələcəkdə özünü dünya üçün təhlükə kimi təqdim edə bilər.

"Onların məqsədi məhz bu olub. buna heç vaxt imkan verməz", - o vurğulayıb.

Rubionun sözlərinə görə, Tramp administrasiyası İranın pilotsuz uçuş aparatları proqramına və istehsal imkanlarına, həmçinin raket potensialına, hərbi-dəniz və hərbi-hava qüvvələrinə ciddi zərbə vurub:

"Bu gün onlar hərbi baxımdan əvvəlkindən xeyli zəifdirlər. Prezident Tramp hakimiyyətdə olduğu müddətdə onların heç vaxt nüvə silahı olmayacaq. Bu, bizim üçün qəti mövqedir".

Rubio İranın daha əvvəl də bu məsələlərlə bağlı razılaşmalara nail olmaq üçün çoxsaylı imkanlarının olduğunu, lakin Tehran tərəfindən bu imkanların dəyərləndirilmədiyini bildirib.

ABŞ dövlət katibi həmçinin Hörmüz boğazındakı vəziyyətə toxunub. Onun sözlərinə görə, boğaz açıqdır və oradan münaqişə başlamazdan əvvəlki dövrlə müqayisə edilə biləcək həcmdə neft daşınır.

"Onlar boğaz və öz iqtisadiyyatları üzərində nəzarəti tamamilə itiriblər. İran iqtisadiyyatı dünyada çox az ölkənin üzləşdiyi qədər ağır vəziyyətə düşəcək. Bunun səbəbi isə İran xalqını bu vəziyyətə salan radikalların qərarlarıdır. Onlar vəsaitləri xalqın rifahına yönəltmək əvəzinə raketlərə xərcləyirlər. Bununla yanaşı, terrorizmə və silahlara pul ayırırlar. Ümid edək ki, vəziyyət dəyişəcək", - Rubio bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…