Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Real Madrid" 17 ildən sonra niderlandlı futbolçu transfer etməyə hazırlaşır

2 dəq
Paylaş:
"Real Madrid" 17 ildən sonra niderlandlı futbolçu transfer etməyə hazırlaşır

İspaniyanın "" uzun illərdən sonra yenidən bazarından oyunçu etməyə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi İtaliyanın "İnter" klubunun sağ cinah müdafiəçisi i heyətinə qatmaq üçün danışıqları yekunlaşdırmaq üzrədir.

Tərəflər arasındakı anlaşmaya əsasən, 30 yaşlı futbolçunun transferi "Real Madrid"ə 20 milyon avroya başa gələcək.

Dümfrisin özünün də ispan klubuna keçməyə razılıq verdiyi bildirilir. Yaxın günlərdə transferin rəsmən elan ediləcəyi gözlənilir.

Xatırladaq ki, "kral klubu" 2006-2009-cu illər aralığında heyətinə beş niderlandlı futbolçu cəlb etmişdi, lakin onların heç biri gözləntiləri doğrultmamışdı. Bu uğursuz təcrübədən sonra Madrid təmsilçisi uzun müddət bu ölkənin oyunçularından uzaq durmuşdu.

Sonuncu dəfə "Real Madrid" 2009-cu ilin əvvəlində "Ayaks"dan Klaas-Yan Hunteları transfer etmişdi. İndi isə 17 illik fasilədən sonra bu ənənənin pozulması gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax