Əsas məzmuna keç

“Real”ın əsas transfer hədəfi bəlli olub: Enzo Fernandesin taleyi necə olacaq?

“Real”ın əsas transfer hədəfi bəlli olub: Enzo Fernandesin taleyi necə olacaq?

İspaniya nəhəngi argentinalı yarımmüdafiəçini heyətinə qatmaq üçün danışıqları davam etdirir.

en ru

İngiltərənin "Chelsea" klubunun argentinalı yarımmüdafiəçisi ""in Joze Mourinyonun siyahısında ilk sırada yer alır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi artıq futbolçu ilə şəxsi müqavilə şərtləri barədə razılığa gəlib.

Razılaşmaya əsasən, tərəflər 2032-ci ilə qədər davam edəcək üzərində anlaşıblar.

Hazırda "Real Madrid" rəhbərliyi "Chelsea" ilə transfer məbləği üzrə danışıqları yekunlaşdırmağa çalışır. Lakin London klubu da boş dayanmır.

"Mavilər" öz növbəsində Fernandesə yeni müqavilə təklif ediblər və hazırda oyunçudan cavab gözləyirlər. Bu vəziyyət transferin taleyini qeyri-müəyyən edir.

Ötən mövsüm ərzində 25 yaşlı futbolçu bütün turnirlərdə ümumilikdə 54 matçda meydanda olub.

O, bu oyunlarda 15 qol vurmaqla yanaşı, 7 məhsuldar ötürmə ilə də yadda qalıb.

"Transfermarkt" portalının mütəxəssisləri argentinalı ulduzun bazar dəyərini 90 milyon avro olaraq qiymətləndirirlər.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…