Əsas məzmuna keç

"Rəfah" keçid məntəqəsi gələn həftə açılacaq

"Rəfah" keçid məntəqəsi gələn həftə açılacaq

Qəzzanın İdarəetmə Komitəsinin rəhbəri Əli Şaat strateji əhəmiyyətli keçid məntəqəsinin hər iki istiqamətdə fəaliyyətini bərpa edəcəyini açıqlayıb.

en ru

Misir ilə zolağı arasındakı sərhəddə yerləşən "" nəzarət-buraxılış məntəqəsi gələn həftədən etibarən hər iki istiqamətdə yenidən fəaliyyətə başlayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qəzzanın İdarəetmə Komitəsinin rəhbəri, fələstinli siyasətçi Əli Şaat məlumat verib.

Davosda keçirilən Şurasının təsis mərasimi iştirakçılarına videomüraciət ünvanlayan siyasətçi, məntəqənin açılmasının bölgə üçün kritik əhəmiyyətini vurğulayıb:

"Məntəqə həm giriş, həm də çıxış istiqamətində açıq olacaq. "Rəfah" Qəzza sakinləri üçün xarici dünya ilə əlaqə yaradan yeganə həyati arteriyadır. Açılışın gələn həftə baş tutacağı dəqiqləşib".

Qeyd edək ki, sözügedən keçid məntəqəsi humanitar yardımların çatdırılması və sakinlərin hərəkəti baxımından bölgədəki ən mühüm strateji nöqtə hesab olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…