Operativ Məlumat Mərkəzi

"Azərbaycanın Qəzza ilə bağlı mövqeyi düzgün və ədalətlidir" - Vasif Qafarov

2 dəq
Paylaş:
"Azərbaycanın Qəzza ilə bağlı mövqeyi düzgün və ədalətlidir" - Vasif Qafarov
Azərbaycanın Qəzza ilə bağlı mövqeyi balanslı, milli maraqlara söykənən və beynəlxalq hüquqa əsaslanan yanaşma kimi dəyərləndirilir.Bu sözləri “Operativ...

Azərbaycanın Qəzza ilə bağlı mövqeyi balanslı, milli maraqlara söykənən və beynəlxalq hüquqa əsaslanan yanaşma kimi dəyərləndirilir.

Bu sözləri “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Qəzza ilə bağlı səsləndirdiyi mövqe Azərbaycanın məsuliyyətli, praqmatik və düşünülmüş xarici siyasət kursunun növbəti təzahürüdür.

Onun sözlərinə görə, dövlət başçısı bir daha nümayiş etdirib ki, Azərbaycan beynəlxalq proseslərə emosional deyil, hüquqa və ölçülmüş qərarlara əsaslanan yanaşma sərgiləyir.

Vasif Qafarov vurğulayıb ki, bu mövqe Azərbaycanın suveren qərarvermə hüququna və milli təhlükəsizlik prioritetlərinə hörmətin ifadəsidir:

“Regiondan kənar hərbi missiyalarda iştirakdan çəkinməklə yanaşı, humanitar dəyərlərə sadiqliyin qorunması balanslı siyasətin bariz nümunəsidir. Azərbaycanın humanitar yardımlar və diplomatik çağırışlar vasitəsilə sülhə töhfə verməsi beynəlxalq hüququn prinsiplərinə tam uyğundur”.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin bu yanaşması Türkiyə ictimaiyyətində də anlayışla qarşılanıb və bu fakt Azərbaycan–Türkiyə münasibətlərində qarşılıqlı hörmətə əsaslanan strateji müttəfiqliyin möhkəmliyini bir daha təsdiqləyir. Onun fikrincə, bu mövqe eyni zamanda Azərbaycanın regional sabitliyi və daxili təhlükəsizliyi hər şeydən üstün tutduğunu açıq şəkildə göstərir.

Müsahibimiz yekun olaraq bildirib ki, Prezident İlham Əliyevin Qəzza məsələsində ortaya qoyduğu mövqe emosional populizmdən uzaq, milli maraqlara və uzunmüddətli dövlətçilik düşüncəsinə əsaslanan düzgün və ədalətli yanaşmadır.

Afət ZİYADQIZI

Bu xəbəri paylaş

Oxşar xəbərlər