Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Quterreş terrorizmin köklü səbəblərinə qarşı qlobal mübarizəyə çağırıb

2 dəq
Paylaş:
Quterreş terrorizmin köklü səbəblərinə qarşı qlobal mübarizəyə çağırıb

Təşkilatının (BMT) dünya dövlətlərini terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Quterreş bu fikirləri Nyu-Yorkda keçirilən Terrorla Mübarizə Agentlikləri Rəhbərlərinin IV Yüksək Səviyyəli Konfransında çıxışı zamanı səsləndirib. O bildirib ki, qlobal qeyri-sabitlik qrupların fəaliyyətini genişləndirməsi üçün əlverişli şərait yaradır.

Baş katib qeyd edib ki, "Əl-Qaidə" və "İŞİD" kimi terror təşkilatları Afrika, Cənubi Asiya və Yaxın Şərqdə fəaliyyətlərini davam etdirirlər. Onun sözlərinə görə, ksenofobiya və irqçilik zəminində formalaşan ekstremist ideologiyalar da bir çox ölkənin daxili təhlükəsizliyi üçün ciddi risk yaradır.

Quterreş bildirib ki, terror qrupları artıq , rəqəmsal platformalar, pilotsuz uçuş aparatları və gizli maliyyə şəbəkələrindən istifadə etməklə tərəfdar toplamaq və hücumlar planlaşdırmaq üçün yeni üsullardan yararlanırlar.

Bununla yanaşı, o vurğulayıb ki, qabaqcıl texnologiyalar təhlükələrin erkən müəyyənləşdirilməsi və qanunsuz maliyyə axınlarının qarşısının alınması baxımından da mühüm imkanlar yaradır.

BMT-nin Qlobal Terrorla Mübarizə Strategiyasının 20-ci ildönümünə həsr olunan tədbirdə çıxış edən Antonio Quterreş bildirib ki, yoxsulluq, ayrı-seçkilik və insan hüquqlarının pozulması kimi problemlər terrorizmin yayılması üçün əlverişli zəmin yaradır.

Baş katib qeyd edib ki, bu amillər terror aktlarını əsaslandırmasa da, ekstremist qrupların istifadə edə biləcəyi boşluqlar formalaşdırır.

Quterreş dövlətləri terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığı genişləndirməyə, vətəndaş cəmiyyəti və gənclərlə birgə fəaliyyət göstərməyə çağırıb. O, həmçinin vurğulayıb ki, terrora qarşı mübarizə tədbirləri ədalət, qanunun aliliyi və insan ləyaqəti prinsiplərinə uyğun həyata keçirilməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax