İsrailin Baş naziri Benyamin Netanyahunun sosial şəbəkə hesabına qarşı kiberhücum cəhdlərinin həyata keçirildiyi müşahidə olunur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hökumət başçısının hesabına yönələn şübhəli kiberfəaliyyətlər diqqət çəkib.
Hələlik hücumların kim tərəfindən həyata keçirildiyi, məqsədi və hesabın təhlükəsizliyinə hər hansı zərərin dəyib-dəymədiyi barədə rəsmi məlumat açıqlanmayıb.
Hadisənin təfərrüatları araşdırılır.