Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ciorcia Meloni İtaliya tarixində yeni rekord müəyyən etdi

2 dəq
Paylaş:
Ciorcia Meloni İtaliya tarixində yeni rekord müəyyən etdi

İtaliyanın ölkənin siyasi tarixində yeni rekorda imza atıb. Onun 2022-ci ilin oktyabrında formalaşdırdığı 1413 gün fəaliyyət göstərərək Silvio Berlusconinin 2001-2005-ci illərdə 1412 gün hakimiyyətdə olan ikinci hökumətinin rekordunu geridə qoyub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 1946-cı ildən bu yana İtaliyada 68 hökumət dəyişib və hökumətlərin orta fəaliyyət müddəti təxminən 14 ay təşkil edib.

Məlumata görə, Meloni hökumətinin uzunmüddətli fəaliyyəti ölkədə siyasi sabitlik baxımından mühüm göstərici hesab olunur.

İqtisadi sahədə də müsbət dinamikanın olduğu bildirilir. ISTAT-ın məlumatlarına görə, 2026-cı ilin yayında İtaliyada çalışanların sayı 24 milyonu ötüb, işsizlik səviyyəsi isə 5,8 faizə enib. Ölkənin borclanma xərclərində risk fərqi də 220 baz bənddən 80 baz bəndə qədər azalıb.

Bununla belə, İtaliya iqtisadiyyatında struktur problemlərinin qaldığı qeyd olunur. Aşağı iqtisadi artım, əhalinin sürətlə qocalması və işçi qüvvəsinin azalması əsas risklər sırasında göstərilir. Proqnozlara görə, 2050-ci ildə ölkə əhalisinin 34,5 faizinin 65 yaşdan yuxarı olması gözlənilir.

Meloni hökuməti üçün növbəti böyük siyasi sınağın 2027-ci ildə keçiriləcək parlament seçkiləri olacağı bildirilir. Hazırda onun rəhbərlik etdiyi “İtaliyanın Qardaşları” partiyası yüksək seçici dəstəyinə malikdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə