Əsas məzmuna keç

Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə yaradıb

Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə yaradıb

Moskva Gürcüstanın Baş nazirinin Rusiya ilə əlaqələr üzrə yeni xüsusi nümayəndəsi Giorgi Zurabaşvili ilə əlaqə yaradıb. Bu barədə Rusiya Xarici İşlər...

en ru

Moskva Gürcüstanın Baş nazirinin ilə əlaqələr üzrə yeni xüsusi nümayəndəsi Zurabaşvili ilə əlaqə yaradıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya XİN-dən bildirilib ki, Giorgi Zurabaşvili ilə əlaqə qurulub və onun rusiyalı həmkarı müəyyənləşdirilib.

Bu vəzifəni Cənubi Qafqaz istiqamətinə kuratorluq edən nazirinin müavini Mixail Qaluzin icra edəcək.

Nazirlikdən vurğulanıb ki, Rusiya Gürcüstanla praqmatik və qarşılıqlı faydalı münasibətlərin qurulmasının tərəfdarıdır.

Bildirilib ki, xüsusi nümayəndələr əsas diqqəti ticarətin, turizmin, əlaqələrinin və mədəni mübadilənin genişləndirilməsi kimi praktiki məsələlərə yönəldəcəklər.

Qeyd olunub ki, artıq bir sıra istiqamətlər üzrə işlərə başlanılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…