Əsas məzmuna keç

Moskva İrəvanın dəmir yolu ilə bağlı iddialarını sərt cavab verdi

Moskva İrəvanın dəmir yolu ilə bağlı iddialarını sərt cavab verdi

Rusiya XİN rəsmisi İrəvanın Qərbin təzyiqi altında olduğunu və Rusiya amilini nəqliyyat sektorundan çıxarmağa çalışdığını bildirib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi rəhbərliyinin “Cənubi Qafqaz Dəmir Yolları” (CQDY) ilə bağlı açıqlamalarına sərt reaksiya verib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Zaxarova İrəvanın mövcud Rusiya konsessiyasının Ermənistanın beynəlxalq logistika layihələrində iştirakına mane olması barədə iddialarını həqiqəti əks etdirməyən və “utanverici” fikirlər adlandırıb.

“Bütün bu deyilənləri eşitmək sadəcə utancvericidir. Ermənistan tərəfi arqument gətirməkdə çətinlik çəkir, çünki əllərində heç bir əsaslı dəlil yoxdur”, - deyə Zaxarova bildirib.

O, Moskvanın bu məsələ ilə bağlı dəfələrlə Ermənistana izahat verdiyini də xatırladıb.

Rusiya XİN nümayəndəsinin sözlərinə görə, Ermənistan rəhbərliyi Qərb ölkələrinin təzyiqi altındadır.

Zaxarova iddia edib ki, Qərb paytaxtları İrəvandan nəqliyyat sektorunda “Rusiya amili”ni aradan qaldırmağı tələb edir. Onun sözlərinə görə, bunun müqabilində Ermənistana iqtisadi səmərəliliyi şübhə doğuran layihələrə milyonlarla dollar investisiya vəd olunur.

Diplomat xəbərdarlıq edib ki, belə siyasət sonda Ermənistanın özünə zərər vura bilər. O bildirib ki, İrəvan bu yolu seçmək istəyirsə, əvvəlcə real nəticələr əldə etməli, daha sonra mövcud tərəfdaşlıqdan imtina etməlidir.

Xatırladaq ki, Ermənistan dəmir yollarının idarə olunması ilə bağlı Rusiya ilə mövcud konsessiyanın yenidən nəzərdən keçirilməsi məsələsi və Türkiyə ilə sərhəddəki dəmir yolu xətlərinin bərpası planları fonunda gündəmə gəlib.

Ermənistanın bu istiqamətdə işləri ölkənin öz vəsaiti hesabına həyata keçirməyə hazır olduğunu bildirib.

Paşinyan həmçinin Moskvanı konsessiyanın “dost üçüncü ölkəyə”, o cümlədən Qazaxıstan, BƏƏ və ya Qətərə ötürülməsi imkanını nəzərdən keçirməyə çağırıb.

Rusiya Nəqliyyat Nazirliyi isə bu məsələ ilə bağlı heç bir danışıqların aparılmadığını açıqlayıb.

Qatar cədvəli

06:08 Növbəti qatar · Bakı → Sumqayıt Bütün qatarlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…