Əsas məzmuna keç

Rusiya XİN: NATO Türkiyəni İsraillə qarşıdurmada dəstəkləməyəcək

Rusiya XİN: NATO Türkiyəni İsraillə qarşıdurmada dəstəkləməyəcək

Mariya Zaxarova Vaşinqtonun mövqeyinin alyansın qərarlarına həlledici təsir göstərdiyini vurğulayıb.

en ru

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ilə İsrail arasında münasibətlərin daha da gərginləşəcəyi təqdirdə NATO-nun Ankara tərəfində çıxış etməyəcəyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Zaxarova bu barədə “RT” telekanalına müsahibəsində danışıb.

Məlumata görə, diplomat NATO-nun mövqeyinin ABŞ-nin siyasətindən və maraqlarından asılı olduğunu iddia edib. Zaxarova Vaşinqtonun İsraili ən yaxın müttəfiqlərindən biri hesab etdiyini və bu amilin mümkün Türkiyə-İsrail qarşıdurmasında həlledici rol oynaya biləcəyini vurğulayıb.

Zaxarovanın sözlərinə görə, və İsrail arasında təhlükəsizlik və beynəlxalq siyasət sahəsində xüsusi ittifaq mövcuddur. O, buna görə də Ankaranın mümkün gərginlik zamanı NATO-nun tam dəstəyinə arxalana bilməyəcəyini bildirib.

Qeyd edək ki, Türkiyənin Ədliyyə Nazirliyi daha əvvəl Daxili İşlər və Xarici İşlər nazirliklərinə müraciət edərək İsrailin Binyamin Netanyahunun “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilməsi üçün qırmızı bülleten çıxarılmasını tələb edib.

Bu addım Ankara ilə Təl-Əviv arasında diplomatik münasibətlərin daha da gərginləşdiyini göstərən mühüm siqnal kimi qiymətləndirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…