BMT-də yeni Baş katibin seçilməsi prosesi çərçivəsində bu həftə dörd namizəd dinləmələrdə iştirak edəcək.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının yeni Baş katibinin seçilməsi məqsədilə keçirilən dinləmələrdə namizədlər 193 üzv dövlətin səfirləri ilə sual-cavab sessiyalarına qatılacaqlar.
Məlumata görə, hazırkı Baş katib Antonio Quterreş vəzifəyə seçildiyi 10 il əvvəlki proseslə müqayisədə bu dəfə daha az namizəd yarışır.
Dinləmələrdə ilk çıxış edən keçmiş Çili Prezidenti Michelle Bachelet olacaq. O, 21 apreldə üç saatlıq sessiyada iştirak edəcək.
Növbəti namizəd Rafael Mariano Qrossi olacaq. O, hazırda Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəridir və Argentina tərəfindən namizəd göstərilib.
22 apreldə isə Rebeca Grynspan çıxış edəcək. O, BMT-nin Ticarət və İnkişaf Konfransına rəhbərlik edir və Kosta Rika tərəfindən namizəd irəli sürülüb.
Dinləmələrin sonunda keçmiş Seneqal Prezidenti Macky Sall də öz baxışlarını təqdim edəcək.
Namizədlər qlobal problemlər, BMT-nin gələcəyi və təşkilatın fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı sualları cavablandıracaqlar.