Əsas məzmuna keç

Quterreş İsrail-Livan atəşkəsini alqışladı: BMT-dən bəyanat

Quterreş İsrail-Livan atəşkəsini alqışladı: BMT-dən bəyanat

BMT rəhbəri Antonio Quterreş ABŞ və Donald Trampın dəstəyi ilə əldə olunan razılığı müsbət qiymətləndirdi. Netanyahu və Hizbullah cəbhəsində son vəziyyət...

en ru

BMT-nin Antonio İsrail və Livan arasında əldə olunan on günlük atəşkəsi müsbət qiymətləndirib.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Quterreş X platformasında paylaşım edərək ABŞ-yə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

O qeyd edib: “Ümid edirəm ki, bu, münaqişənin uzunmüddətli həlli üzrə danışıqlara yol açacaq və regionda davamlı və hərtərəfli sülhə nail olmaq üçün gələcək səylərə töhfə verəcək.”

Baş katib həmçinin bütün tərəfləri atəşkəsə riayət etməyə və hər zaman beynəlxalq hüquqa hörmət göstərməyə çağırıb.

Qeyd edək ki, İsrail və Livan arasında on günlük atəşkəs gecə yarısından qüvvəyə minib. ABŞ prezidenti bu razılaşmanın əldə olunduğunu açıqlayıb.

Məlumata görə, İsrail son bir ay yarım ərzində İranın dəstəklədiyi "Hizbullah" hərəkatına qarşı əməliyyatlar çərçivəsində Livana hücumlar həyata keçirib. Bu hücumlar nəticəsində təxminən 2200 nəfərin həlak olduğu bildirilir.

Eyni zamanda, İsrailin Livanın cənubunda quru əməliyyatlarına başladığı qeyd olunur. “Associated Press”in məlumatına görə, ölkənin Baş naziri Binyamin Netanyahu atəşkəs müddətində də işğalın davam edəcəyini bildirib.

Hizbullah isə İsrailin işğalının davam etməsinin Livana müqavimət göstərmək hüququ verdiyini bəyan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…