Əsas məzmuna keç

Quru əməliyyatı başlayandan bəri 40 mindən çox sakin Qəzzanı tərk edib

Quru əməliyyatı başlayandan bəri 40 mindən çox sakin Qəzzanı tərk edib

İsrail ordusunun Qəzzada quru əməliyyatına başlamasından sonra bölgədə kütləvi köç dalğası müşahidə olunur. Təkcə son iki gün ərzində 40 mindən çox sakin...

İsrail ordusunun Qəzzada quru əməliyyatına başlamasından sonra bölgədə kütləvi köç dalğası müşahidə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" Fələstinin “Maan” xəbər agentliyinə istinadən xəbər verir ki, təkcə son iki gün ərzində 40 mindən çox sakin paytaxt şəhərini tərk edərək anklavın cənub hissəsinə üz tutub.

Agentliyin xəbərinə əsasən, şəhəri tərk edənlərin əksəriyyətini qadınlar, uşaqlar və yaşlı insanlar təşkil edir. Ümumilikdə isə son vaxtlar azı 400 min nəfərin Qəzzanı tərk etdiyi bildirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…