Əsas məzmuna keç

Qazaxıstanla iqtisadi komissiyanın yeni tərkibi təsdiqləndi

Qazaxıstanla iqtisadi komissiyanın yeni tərkibi təsdiqləndi

Prezident İlham Əliyev sərəncam imzalayıb. Bakı və Astana arasındakı strateji tərəfdaşlığı gücləndirəcək yeni heyətdə kimlərin yer aldığı artıq məlumdur.

en ru

Respublikası və Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan üzrə yeni tərkibində dəyişiklik edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Belə ki, "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 2007-ci il 30 mart tarixli Sərəncamının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

- "Azərbaycan Respublikasının energetika naziri" sözləri "Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini" sözləri ilə əvəz olunub;

- "Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini" abzasından sonra "Azərbaycan Respublikası energetika nazirinin müavini" əlavə olunub;

- "Azərbaycan Respublikası rəqəmsal inkişaf və nazirinin müavini" abzasından sonra "Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini" əlavə edilib;

- "Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri" abzasının sonra "Azərbaycan Respublikası Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri" əlavə olunur;

Azərbaycan Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Qazaxıstan Respublikası tərəfinə bildiriş göndərməlidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…