Əsas məzmuna keç

"Qarabağ"da 3 əsas hədəf müəyyənləşdi: İdarə Heyəti toplandı

"Qarabağ"da 3 əsas hədəf müəyyənləşdi: İdarə Heyəti toplandı

Tahir Gözəl və Qurban Qurbanovun iştirakı ilə keçən toplantıda Ağdam təmsilçisinin Çempionlar Liqası və yeni mövsüm üçün strateji hədəfləri müəyyənləşdirilib.

ru en

"" klubunun İdarə Heyətinin iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" təmsilçisinə istinadən xəbər verir ki, iclasda klub prezidenti Tahir Gözəl, baş direktor və İdarə Heyətinin üzvü Əmrah Çəlikəl, İdarə Heyətinin üzvü Asif Əsgərov və komandanın Qurbanov iştirak ediblər.

Toplantı zamanı klubun gələcək fəaliyyəti, idman nəticələri və təşkilati məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Rəhbər heyət tərəfindən görülən işlərlə bağlı hesabat təqdim olunub, həyata keçirilən layihələr və yeni mövsüm üçün nəzərdə tutulan planlar müzakirə olunub.

Görüş zamanı UEFA Çempionlar Liqasının cari mövsümündə istifadə olunan və komandanın futbolçuları tərəfindən imzalanmış rəsmi top klub prezidenti Tahir Gözələ təqdim edilib.

Sonda klubun qarşıdakı dövr üçün prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Komandanın arenadakı rəqabət qabiliyyətinin artırılması, infrastruktur layihələrinin davam etdirilməsi və "Qarabağ"ın dayanıqlı inkişaf modelinin daha da gücləndirilməsi əsas hədəflər kimi müəyyənləşdirilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…