Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Putin Kuril adalarına səfər etdi: Yaponiya etirazını bildirdi

2 dəq
Paylaş:
Putin Kuril adalarına səfər etdi: Yaponiya etirazını bildirdi

Prezidenti Vladimir Putinin silsiləsinə daxil olan İturup adasına səfəri Moskva ilə Tokio arasında ərazi mübahisəsini yenidən gündəmə gətirib. Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin dosenti Pavel Danilin səfəri Yaponiyanın Kuril adaları ilə bağlı iddialarına verilən siyasi cavab kimi qiymətləndirib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Danilin “Vzglyad” qəzetinə açıqlamasında Putinin səfərinin ictimaiyyətə mühüm mesaj verdiyini bildirib.

Politoloqun sözlərinə görə, Putinin İturupa səfəri Rusiyanın adalar üzərində suverenliyinə dair mövqeyinin dəyişmədiyini göstərir.

“Putin bütün dünyaya göstərdi ki, bu ərazilər heç bir halda alver mövzusu deyil”, – deyə Danilin bildirib.

Ekspert qeyd edib ki, Moskvanın mövqeyinə əsasən, Kuril adalarının statusu İkinci Dünya müharibəsinin nəticələri və müvafiq beynəlxalq sənədlərlə müəyyənləşib.

Rusiya tərəfi son illərdə adalarda sosial infrastrukturun inkişaf etdirilməsi, kadr potensialının gücləndirilməsi və müxtəlif investisiya layihələrinin həyata keçirilməsinə xüsusi diqqət ayırır.

Putinin səfəri Yaponiyanın sərt reaksiyasına səbəb olub. Xarici İşlər Nazirliyi Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrevi nazirliyə çağıraraq rəsmi etirazını bildirib.

Yaponiyanın Sanae Takaiti isə İturupu ölkəsinin tarixi ərazisi hesab etdiyini açıqlayıb. O, Rusiya liderinin adaya səfərinin yapon xalqının hisslərinə toxunduğunu və qəbuledilməz olduğunu bildirib.

Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin rəhbəri Qriqori Karasin isə Tokionun etirazını “növbəti formal addım” adlandırıb.

Karasinin sözlərinə görə, Yaponiya tərəfindən bu cür etirazlar artıq ənənəvi xarakter alıb və dəfələrlə təkrarlanıb.

Putinin İturupa səfəri fonunda Moskva ilə Tokio arasında Kuril adalarının statusu ilə bağlı uzun illərdir davam edən fikir ayrılığı yenidən diqqət mərkəzinə keçib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax