Əsas məzmuna keç

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

Azərbaycan lideri Santyaqo Penyanı Paraqvayın milli bayramı münasibətilə qutlayıb. Məktubda ikitərəfli əlaqələrin inkişafı və tərəfdaşlıq perspektivləri vurğulanıb.

en ru

İlham Əliyev Prezidenti Penyanı təbrik edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Paraqvay Respublikasının milli – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Paraqvay arasındakı dostluq münasibətlərinin inkişafı, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişlənməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Paraqvay xalqına əmin-amanlıq və rifah diləyirəm".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…