Əsas məzmuna keç

Prezident İlham Əliyev Gürcüstan səfirliyində başsağlığı verib

Prezident İlham Əliyev Gürcüstan səfirliyində başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın ölkəmizdəki səfirliyində olub, Katalikos-Patriarx II İlyanın vəfatı ilə əlaqədar başsağlığı verib.

en ru

Respublikasının Prezidenti İlham martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olub, Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin ilə əlaqədar başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlətimizin başçısını qarşıladı. İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi. Prezident İlham Əliyev Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin həyatını və fəaliyyətini nəcib amallara və dinlərarası dialoqun təşviqinə həsr etdiyini deyərək, onun xatirəsinin ölkəmizdə daim ehtiramla xatırlanacağını vurğuladı. Dövlətimizin başçısı Azərbaycan-Gürcüstan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında II İlya həzrətlərinin roluna toxundu.

Zurab Pataradze səfirliyə gələrək başsağlığı verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…