Əsas məzmuna keç

İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

Dövlət başçısı Katalikos-Patriarx II İlyanın vəfatı ilə bağlı təziyə məktubu ünvanladı. 93 yaşında dünyasını dəyişən din xadiminin dostluq əlaqələrindəki rolu və detallar.

en ru

İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, başsağlığında deyilir:

"Hörmətli cənab .

Bütün Gürcüstanın Katalikos-Patriarxı, zəmanəmizin görkəmli din xadimi II İlya həzrətlərinin xəbərini dərin kədər hissi ilə qarşıladıq.

II İlya həzrətləri bütün həyat və fəaliyyətini xalqına və bəşəriyyət naminə nəcib amallara həsr etmişdir. Qafqazda sülhün, əmin-amanlığın, insanlar arasında həmrəyliyin, dinlərarası anlaşma və dialoqun bərqərar olması yolunda fəaliyyəti ilə II İlya həzrətləri milli və dini mənsubiyyətindən asılı olmayaraq milyonlarla insanın qəlbində yer tapmış, dərin ehtiram və rəğbət qazanmışdır.

ilə Gürcüstan arasında ənənəvi dostluq və münasibətlərinin inkişafında və möhkəmlənməsində II İlya həzrətlərinin böyük xidmətləri olmuşdur.

Bu ağır itkinin kədərini bölüşür, Sizə, bütün Gürcüstan xalqına, Gürcüstan Pravoslav Kilsəsinə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Xatırladaq ki, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya martın 17-də 93 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…