Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Prezident həmkarını təbrik etdi

2 dəq
Paylaş:
Prezident həmkarını təbrik etdi

İlham Əliyev Müstəqillik Günü münasibətilə Respublikasının Prezidenti Muizzuya ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

“Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir. İki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi, habelə bu yaxınlarda ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi insanlararası təmasların, xüsusilə də turizmin inkişafına mühüm təkan vermişdir.

İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd edən ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığın yeni məzmunla zənginləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Maldiv xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax