Əsas məzmuna keç

Prezident: Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır

Prezident: Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır

Dövlət başçısı İlham Əliyev Vaşinqtonla əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. İkitərəfli strateji tərəfdaşlığın perspektivləri nədən ibarətdir?

en ru

ABŞ ilə arasındakı münasibətlərə gəldikdə, bu münasibətlər çox əladır, hətta deyərdim ki, strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri İlham IV Qlobal Media Forumunun açılışında söyləyib.

Prezident Trampla görüşlərinə toxunan dövlətimizin başçısı deyib: “Prezident Trampla tarixi görüşümüz ötən ilin avqustunda Vaşinqtonda baş tutdu. Daha sonra isə bu ilin yanvarında biz Davosda yenidən görüşdük. Onlar Prezident Trampın qurucusu olduğu Şurasının təsisedici bir üzvü kimi də Azərbaycanı dəvət edib. Daha sonra isə Vitse-prezident Vens Azərbaycana səfər etdi, biz strateji tərəfdaşlığın qurulması ilə bağlı bəyannaməyə imza atdıq. Bir çox digər meyarlar nümayiş etdirir ki, münasibətlərimiz hazırda pik səviyyəsindədir. Biz heç vaxt belə münasibətlərə nail olmamışdıq”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…