Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Bunun üçün hazır infrastrukturumuz var"

2 dəq
Paylaş:
"Bunun üçün hazır infrastrukturumuz var"

"Polşanın Almaniyadan çıxarıla biləcək ABŞ əsgərlərini qəbul etmək və yerləşdirmək üçün inkişaf etmiş bir infrastrukturu var".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Prezidenti Navrotski bildirib .

Navrotski əlavə edib ki, ABŞ prezidenti Tramp Almaniyadakı qoşunlarının sayını azaltmaq qərarına gələrsə, Polşa ABŞ əsgərlərini qəbul etməyə hazırdır.

Polşa prezidentinin sözlərinə görə, o, Trampı qoşunların Avropada qalması üçün ABŞ kontingentinin bir hissəsini Almaniyadan çıxarmaq planından imtina etməyə inandırmağa çalışacaq.

Qeyd edək ki, mayın 6-da Polşa nazirinin müavini Marçin Bosaçki nazirliyin ölkədəki Amerika qoşunlarının sayının mümkün artırılması ilə bağlı bir neçə aydır danışıqlar apardığını açıqlamışdı.

Məlumat üçün bildirək ki, hazırda Polşada təxminən 10.000 Amerika əsgəri yerləşdirilib.

Mayın 2-də ABŞ prezidenti Donald Tramp Almaniyadakı Amerika qoşunlarının sayını 5000 nəfər azaltmaq niyyətində olduğunu açıqlamışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax