Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ İrana qarşı cavab zərbələrini başa çatdırdığını elan edib

2 dəq
Paylaş:
ABŞ İrana qarşı cavab zərbələrini başa çatdırdığını elan edib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi "X" hesabında yayımladığı bəyanatda İrana qarşı həyata keçirilən hərbi əməliyyatların yekunlaşdığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" qurumun məlumatına istinadən xəbər verir ki, iyunun 9-da həyata keçirilən bu zərbələr, ABŞ Ordusuna məxsus "Apache" helikopterinin vurulmasına cavab olaraq və ABŞ-nin Baş komandanı Donald Trampın tapşırığı əsasında reallaşdırılıb.

zamanı ABŞ Hərbi Hava və Dəniz Qüvvələrinə aid döyüş təyyarələri yüksək dəqiqlikli sursatlardan istifadə edib.

Zərbələr nəticəsində "" yaxınlığında yerləşən İranın hava hücumundan müdafiə sistemləri, yerüstü idarəetmə stansiyaları və müşahidə radarları hədəf alınıb.

CENTCOM qeyd edib ki, bu addım ABŞ qüvvələrinə və bölgədəki ticarət gəmilərinə qarşı son dövrlər artan təhdidlərə mütənasib bir cavabdır.

Hadisə ilə bağlı açıqlama verən ABŞ Prezidenti , helikopterin İran tərəfindən vurulduğunu təsdiqləyərək, bu təcavüzə qarşı cavab verməyin zəruri olduğunu vurğulamışdı.

Öz növbəsində, İranın Xarici İşlər naziri Abbas Erakçi isə rəsmi cavabında helikopterin vurulması məsələsinə birbaşa toxunmayıb.

O, bölgədəki xarici qüvvələrin insan xətası və ya təsadüfi qəzalar səbəbindən daimi risk altında olduğunu qeyd edərək, gərginliyin azaldılması üçün ən yaxşı yolun həmin qüvvələrin bölgədən çıxarılması olduğunu bildirib.

Hazırda ABŞ qüvvələrinin İranın mümkün təcavüzkar hərəkətlərinə qarşı müdafiə məqsədilə yüksək hazırlıq vəziyyətində olduğu diqqətə çatdırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax