Əsas məzmuna keç

ABŞ-də İranla bağlı yeni plan: Tramp məhdud zərbələr endirməyi müzakirə edir

ABŞ-də İranla bağlı yeni plan: Tramp məhdud zərbələr endirməyi müzakirə edir

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hürmüz boğazındakı hərbi fəaliyyətlərinə qarşı yeni tədbirlər planı hazırlayıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

ABŞ Mərkəzi Komandanlığı () İranın Hörmüz boğazında gəmiləri daha dəqiq hədəfə almaq üçün hərbi imkanlarını bərpa etmək cəhdlərindən narahatdır.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Axios”a danışan üç yüksək rütbəli ABŞ rəsmisinin sözlərinə görə, CENTCOM İranın radar, hava hücumundan müdafiə və gəmi əleyhinə raket imkanlarını yenidən gücləndirməsindən ciddi narahatlıq keçirir.

Rəsmilər bildiriblər ki, CENTCOM neft tankerlərinin təhlükəsiz keçidini təmin etmək məqsədilə İrana qarşı dövri və hərbi zərbələrin endirilməsinin zəruri ola biləcəyi barədə ABŞ Pit Heqset, Baş Qərargah rəisi Dan Caine və Ağ Ev rəhbərliyinə məlumat verib.

Mənbələrin iddiasına görə, Pit HeqsetTehranın hərbi potensialını yenidən formalaşdırmasının qarşısını almağa yönəlmiş CENTCOM planını dəstəkləyir. Bildirilir ki, sözügedən plan hazırda ABŞ Prezidenti Trampın təsdiqinə təqdim olunub.

Qeyd olunur ki, həftəsonu baş verən qarşılıqlı hücumlardan əvvəl bu planı təsdiqləməyib. Lakin son gərginlik fonunda ABŞ Prezidentinin məhdud zərbələri nəzərdə tutan strategiyanı yenidən nəzərdən keçirdiyi bildirilir.

Xatırladaq ki, avqustun 30-na keçən gecə ABŞ ordusu Hörmüz boğazı yaxınlığındakı Lark adasına iki zərbə endirib. Rəsmi məlumatlara görə, hücumlar nəticəsində mülki şəxslər də daxil olmaqla azı 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada ABŞ qüvvələrinin istifadə etdiyi Muvaffaq Salti və Kral Hüseyn hava bazalarına ballistik raketlərlə hücum etdiyini açıqlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…